Sosial şəbəkədə biz:

"İnsanlıq dərsi istəyirsən?" - Ərdoğandan Netanyahuya cavab

15 May 2018, 20:29
Gündəm
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi tənqidi fikirlərə görə İsrailin baş naziri Binyamin Netanyahuya cavab verib. Ərdoğan bu barədə "Tvitter" hesabında yazıb. "Netanyahu BMT-nin qərarlarını pozaraq 60 ildən çoxdur günahsız insanların torpaqlarını işğal edən irqçi dövlətin baş naziridir. Əllərində fələstinlilərin qanı var və Türkiyəyə hücum edərək günahlarını ört-basdır edə bilməzlər", - deyə Ərdoğan Netanyahuya sual ünvanlayıb: "İnsanlıq haqqında dərsmi istəyirsən? Get, 10 əmri oxu". Qeyd edək ki, Netanyahu Türkiyəni HƏMAS-a dəstək verməkdə ittiham edib. “Ərdoğan "HƏMAS"-ın ən böyük dəstəkçilərindən biridir. Şübhəsiz ki, terrorizm və qırğının nə olduğunu yaxşı bilir. Ərdoğana məsləhət görürəm ki, bizə əxlaqdan dərs keçməsin!” – deyə Netanyahu bəyan edib.