Sosial şəbəkədə biz:

Prezident Naxçıvanda məktəb açılışında iştirak edib

16 May 2018, 13:04
Gündəm
Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub. Dövlət başçısı məktəbin kollektivi və ictimaiyyətin nümayəndələri ilə görüşüb.