Sosial şəbəkədə biz:

SOCAR gürcü nazirin ittihamını rədd elədi

Azərbaycan Gürcüstan əhalisinin zəruri qaz ehtiyacını tamamilə ödəyir və ödəmək gücündədir. Musavat.com-un gürcü mənbəyinə istinadən verdiyi xəbərə görə, bu barədə SOCAR-Georgiya şirkətinin baş direktoru Maxin Məmmədov bildirib. Baş direktor Gürcüstanın energetika naziri Kaxa Kaladzenin Azərbaycanın Gürcüstanın artan qaz ehtiyacını ödəmək gücündə olmadığı, o üzdən Tiflisin “Qazprom”la danışıqlara ehtiyac olması barədə verdiyi məlum açıqlamasına cavab olaraq bildirib ki, Gürcüstana gündəlik 5 milyon, üstəlik, “Şahdəniz” yatağından 1 milyon kub metr təbii qaz daxil olur. “Gürcüstanın istehlak elədiyi qaz 6,2 milyon kub metrdir. Odur ki, biz tələbatı tam ödəyirik” – deyib Məmmədov. Musavat.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol