Sosial şəbəkədə biz:

Rauf Talışinskinin ölümündən sonra qəzeti bağlanır

18 May 2018, 17:15
Gündəm
Rus dilində dərc olunan “Exo” qəzeti öz fəaliyyətini dayandırır. Bu barədə virtualaz.org-a qəzetin əməkdaşları məlumat veriblər. Bildirilib ki, qəzetin saytının da fəaliyyəti dayandırılacaq. Xatırladaq ki, “Exo” qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Talışinski 8 mayda, 62 yaşında vəfat edib. “Exo” qəzeti 2001-ci ildən, qəzetin saytı isə 2004-cü ildən fəaliyyət göstərir. “Exo” gündəlik qəzeti hazırda 6 min tirajla çap olunur.