Sosial şəbəkədə biz:

20 Yanvar faciəsinin baiskarı - 93 yaşlı Yazov ömürlük həbs oluna bilər

19 May 2018, 14:57
Gündəm
Litvanın Baş Prokurorluğu Sovet marşalı Dmitri Yazovun insanlıq əleyhinə törətdiyi cinayətlərə görə ömürlük həbs olunmasını tələb edib. Bu barədə BNS agentliyi məlumat yayıb. “Dmitri Yazov Litvanı SSRİ-ni tərkibinə qaytarmaq məqsədilə 1990-cı ilin sonunda hərbi və siyasi xadimlərdən ibarət 160 nəfərlik mütəşəkkil qrup yaradıb. O, beynəlxalq humanitar hüququn qoruması altında olan insanların ölümü, işgəncə və digər qeyri-insani davranışlar, qadağan olunmuş hərbi hücumlar, qadağan olunmuş hərbi sursatdan istifadə və digər hərbi və insanlıq əleyhinə cinayətlərdə ittiham olunur”, – deyə Litva Baş prokurorluğunun ittihamnamə aktında qeyd olunub. Prokurorluğun nümayəndəsi Dayva Skorpuskayte-Lisauskene bildirib ki, Yazovla birgə, 1991-ci il 13 yanvar hadisələrində əli olan 67 nəfərin cəzalandırılması tələb olunub. Onların sırasında Litvalı dövlət xadimlərilə yanaşı, KQB-nin keçmiş zabiti Mixail Qolovatov, SSRİ daxili işlər nazirinin müavini Nikolay Demidov və digərləri var. Qeyd edək ki, hazırda Moskvada yaşayan 93 yaşlı Dmitri Yazov 1987-1991-ci illərdə SSRİ-nin müdafiə naziri olub. O, 1990-cu ildə marşal rütbəsi alıb. Yazov 1990-cı ildə Bakıda törədilən 20 Yanvar faciəsinin baiskarlarından biridir. O, həmçinin, 1991-ci ilin avqustunda həyata keçirilən dövlət çevrilişinin iştirakçısı olub və buna görə məhbəs həyatı yaşayıb. (AzVision.az)