Sosial şəbəkədə biz:

BVF: Azərbaycanda ÜDM idxal və neft hesabına artacaq

Beynəlxalq Valyuta Fondu (BVF) ÜDM artımına hökumətdən daha nikbin baxır. "Turan"ın məlumatına görə, Fondun regional icmalında qeyd edilir ki, 2015-ci il üçün Azərbaycanda ÜDM-in nominal həcmini $64 mlrd, 2016-cı ildə $63,6 mlrd səviyyəsində proqnozlaşdırır. Hökumətin proqnozu isə 2015-ci ildə 57,1 mlrd manat, 2016-cı ildə 57,7 mlrd manat ekvivalentidir. BVF-nin qiymətləndirmələrinə görə, artım əsasən neft hasilatı hesabına olacaq. Bu il Azərbaycanda sutkalıq neft hasilatını 0,95 mln barel (ötən illə müqayisədə + 100 min), 2016-cı ildə 1,07 mln barel həcmində proqnozlaşdırır. BVF-yə görə, 2015-ci ildə Azərbaycandan məhsul və xidmətlərin ixracı $20,7 mlrd (ötən il $21 mlrd 828,6 mln), 2016-cı ildə $17,6 mlrd təşkil edəcək. 2015-2016-cı illərdə ölkəyə məhsul və xidmət idxalı müvafiq olaraq $17,2 mırd (ötən il $9 mlrd 187 mln) və $14,4 mlrd həcmində olacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol