Sosial şəbəkədə biz:

Eldar Mahmudovun göydələnlərinin tikintisi dayandırıldı – FOTOLAR

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus göydələnlərin tikintisi dayandırılıb. Azinforum.az AzNews.az-a istinadən xəbər verir ki, nazir işdən çıxarılandan sonra Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində "Kristal MMC” tərəfindən ucaldılan çoxmərtəbəli binalarda işlər saxlanılıb. Müştərilərə çox cəlbedici ipoteka şərtləriylə satılan balarda hazırda heç bir tikinti işləri aparılmır. Qeyd edək ki, yalnız Beynəlxalq Bankla işləyən "Kristal” tikinti şirkətinin MTN-in keçmiş rəhbəri Eldar Mahmudova məxsusluğu bildirilirdi. Bu şirkət Bakının müxtəlif ərazilərində bahalı hündürmərtəbələr tikirdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol