Sosial şəbəkədə biz:

Elşad Abdullayevin bacısı oğlu həbs olundu

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevin bacısı oğlu, eyni zamanda onun hüquqlarını müdafiə komitəsinin sədri Azad Mürsəliyev həbs olunub. Azinforum.az xəbər verir ki, bu haqda xural.com-a Azad Mürsəliyevin oğlu məlumat verib: “Mən Azadın oğluyam. Atam Azad Mürsəliyev İstanbula gedərkən sərhəddə saxlanıldı. Hal-hazırda Qazax Polis İdarəsində saxlanılır.” Xatırladaq ki, bu günlərdə Elşad Abdullayevin qardaşını da prokurorluq orqanlarındakı işindən uzaqlaşdırıblar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol