Sosial şəbəkədə biz:

ARDNF Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri açıqlayıb

13 August 2018, 21:49
Gündəm
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) neft-qaz yataqları bloku və Şahdəniz yatağı üzrə bu ilin avqustun 1-nə qədərki gəlirləri açıqlayıb. Fonddan verilən məlumata görə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 134 107 milyon ABŞ dolları təşkil edib. Bu ilin 7 ayı üzrə AÇG yatağından - 5 621 milyon ABŞ dolları gəlir götürülüb. O cümlədən, bu ilin 7 ayı üzrə Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 94 milyon ABŞ dolları olub.Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən): 2 506 milyon ABŞ dolları olub.