Prezident İlham Əliyev AMEA-nın 70 illik yubiley tədbirində iştirak edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. “AzərTac”-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yubiley tədbirində iştirak edib. Dövlət başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib. Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Nobel mükafatı laureatı, professor Corc Ficral Smut, Dubne Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış ediblər.