Sosial şəbəkədə biz:

MUSTAFA KAMAL ATATÜRK BAKIDA ANILDI

Azinforum.az xəbər verir ki, bu gün Türk dünyasının böyük şəxsiyyəti Mustafa Kamal Atatürkün vəfatının 77-ci ildönümüdür. Bu münasibətlə Atatürkün Bakıdakı abidəsinin önündə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin və Pantürklər Dərnəyi fəallarının iştirakı ilə anım mərasimi keçirilib. Tədbir iştirakçıları ilk öncə,  Atatürkün xatirəsini bir dəqiqəlik sükutla yad eilib, Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib. Daha sonra, DAK icra aparatının rəhbəri Samir Adıgözəlli, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin sədri Hakan Seyhan və Dursun Elmas çıxış edərək Türkiyə Cümhuriyyətinin qurucusu qazi M.K.Atatürk haqqında fikirlər səsləndiriblər. Tədbir iştirakçıları adından böyük Atatürkün abidəsi önünə gül çələngi qoyulub. s1 s2 s3 s4 s5


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol