İqbal Ağazadənin uduzduğu dairənin sədri xəstəxanaya düşdü
35 sayli Xətai III Dairə Seçki Komissiyasının (DSK) sədri İmran Hüseynəliyev bədbəxt hadisə ilə üzləşib. “Report”un xəbərinə görə, o, DSK-da keçirilən iclasdan sonra Seçki Dairəsinin inzibati binasından çıxarkən özünü pis hiss edərək yıxılıb. İ.Hüseynəliyev “Təcili tibbi yardım” maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Həkim müayinəsi zamanı DSK sədrinin aldığı xəsarətlərin ciddi olmadığı məlum olub. Ona lazımi tibbi yardım göstərilib. Qeyd edək ki, noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə 35 sayli Xətai III Seçki Dairəsindən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deputat seçilib. İlkin nəticələrə əsasən, o, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadəni qabaqlayıb.