Sosial şəbəkədə biz:

Hakimi vuran azərbaycanlı futbolçu cəzalandırıldı

11 November 2015, 20:48
Gündəm
Rusiyanın çempionlar liqasında “Qərbi Sibir” divizionunda Noyabrskın “Viraj” komandası üçün oynayan Azərbaycanın mini futbol üzrə yığmasının sabiq oyunçusu Sərxan Mikayılova birinci turun “Kurqan” ilə keçirilən matçında hakimi vurduğu üçün 2 il müddətinə hər hansı bir futbol fəaliyyəti qadağan edilib. Oxu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İNK-nın rəhbəri Artur Qriqoryants bildirib. “Hakim tərəfindən şikayət ərizəsi daxil olub. Ərizəyə hüquq-mühafizə orqanları tərəfindən baxılıb və məhkəməyə göndərilib”, - Qriqoryants qeyd edib. Azərbaycan yığmasının sabiq futbolçusu həmçinin 50 min rubl məğləğində cərimə edilib.