Sosial şəbəkədə biz:

Tehran sammiti: “ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir”

07 September 2018, 15:58
Gündəm
Tehranda Türkiyə lideri Ərdoğan, Rusiya lideri Putin və İran Prezidenti Ruhaninin iştirakı ilə Suriya sammiti başlayıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sammitdə çıxış edən İran Prezidenti Həsən Ruhani Suriyanın terrorizmə qarşı müqavimət göstərməyə davam edəcəyini bildirib: “Yaxın Şərqə xarici müdaxilə qəbuledilməzdir. Yaxın Şərq xarici müdaxiləyə görə ağır dəyər ödəyib”. O, İsrailin Suriya ərazisini tərk etməli olduğunu da bildirib. Ruhani həmçinin qeyd edib ki, İran Suriyada mövcudluğunu qoruyub saxlayacaq: “ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir. Bu, Suriyada sülhün əldə olunmasına maneə yaradır”. Rusiya Prezidenti Vladimir Putin İdliblə bağlı bildirib ki, terrorçular orada provokasiyalar hazırlayırlar: “Bu provokasiyalar zamanı kimyəvi silahlardan istifadə edilməsi mümkündür”. Putin Suriya ərazisinin 95%-nin beynəlxalq terrorizmdən azad edildiyini, 15 min nəfərin artıq öz evinə qayıtdığını söyləyib.