Sosial şəbəkədə biz:

Nazirin səlahiyyəti müavininə həvalə edildi

13 November 2015, 12:18
Gündəm
"Rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsini İltimas Məmmədov icra edir”. Azinforum.az xəbər verir ki, bu barədə  Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edildikdən sonra bu səlahiyyət sabiq nazirin birinci müavini İltimas Məmmədova həvalə edilib və o, hazırda nazirin vəzifəsini icra edir. Xatırladaq ki, dünən prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib.