Sosial şəbəkədə biz:

Elza Seyidcahan şikayətini geri götürdü

Noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuş müğənni Elza Qasımova (Seyidcahan) seçkilərlə bağlı şikayətindən imtina edib. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib. E. Seyidcahan bu gün yazılı ərizə ilə MSK-ya müraciət edərək şikayətini geri götürüb. O, MSK rəhbərliyinə onun şikayətlərinə obyektiv yanaşdığı üçün təşəkkürünü bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol