Sosial şəbəkədə biz:

Vüqar Əhməd Leyla Əliyevanın daha bir şeirini tərcümə etdi...

Tanınmış nəğməkar şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Leyla Əliyevanın "İlk baxışdan vuruldum" şeirini rus dilindən tərcümə edərək aşağıdakı girişlə Moderator.az göndərib:
"Gənc, istedadlı şair Leyla xanımın yaradıcılığından tərcümə etdiyim 3 - cü şeirdir. Ötən il şairə xanımın iki şeirini dilimizə çevirib sizin sayta göndərmişdim. Şeirlər xeyir - dua, qısa ədəbi təhlildə sevimli saytınızda dərc olundu və minlərlə geniş oxucu kütləsinin diqqətini cəlb elədi. Bu günlərdə sevimli gənc şairənin həzin məhəbbət lirikasından bir nümunənin klipinə baxdım. Bədii - poetik cəhətdən mükəmməl olan bu şeiri dilimizə çevirib oxucuların mütaliəsinə təqdim edirəm:
İlk dəfədən, ilk baxışdan vuruldum,
Saçlarına, dodağına, gözlərə...
İlk baxışdan,ilk dəfədən vuruldum,
Mən sənə ürəkdən,möhkəm vuruldum.
Soruşma sən,nəyə görə,mən nədən?
İlk dəfədən,ilk baxışdan vuruldum.
Başqa cür vurulmaq mümkün deyildi.
Sakit dayan,ya da qışqır-eşitməm!
Özümü özgə cür görə bilmirəm...
Etiraf edirəm tək səni sevdim,                                                                                                               Əlbəttə ki,bu ilk sevgi deyildi.
Məgər bunun anlamı var söyləyim?
Mən vuruldum,uzaqlaşdım kədərdən,
İndi isə qürubdayam,qürubda....


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol