Tanınmış aparıcı Mehriban Ələkbərzadəyə görə karyerasını bitirib? - AÇIQLAMA
“Bu, zəhmətimizin, yaradıcılığımızın nəhayət bir peşəkar olaraq özümüzün dəyərdən düşməməsi üçün atılmış addımdır. Həm də bu, AzTV-dən, Mədəniyyət kanalından gediş yox, televiziya karyerasından gedişdir”.
Bunu tanınmış teleaparıcı İlhamiyyə Rzayeva televiziya karyerasını bitirməsinin səbəbləri barədə danışarkən bildirib.
Onun sözlərinə görə, media fəaliyyəti davam edəcək:
“Fərqli platformada. Televiziya nə qədər doğma olsa da internet imkanlarına uduzub artıq. Uduzmaya da bilərdi - sosial şəbəkələrdən daha maraqlı kontent hazırlamaqla, kütləvi mədəniyyətə qatılmamaqla, elitar, zövqlü efir məhsulları hazırlamaqla! Bu qədər imkan müqabilində nələr etmək olmazdı ki...
İ.Rzayeva televiziyadan getməsinin Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin AzTV-nin bədii rəhbəri təyin olunması ilə bağlılığı olmadğını vurğulayıb.
“Fikirlərimin təhrif edilməsi ehtimalını istisna etmək üçün əksəriyyətinizin verdiyi eyni suala elə buradan cavab yazıram: bizim bu qərarımızın Mehriban Ələkbərzadə ilə heç bir əlaqəsi yoxdur”, - o bildirib./Yeni Sabah