Sosial şəbəkədə biz:

Zavoddan külli miqdarda silah-sursat tapıldı- Fotolar

*Bakının Sabunçu rayonunda, Balaxanı qəsəbəsində yerləşən “Təmiz Şəhər” ASC-nin çeşidləmə zavodunda cari ilin fevral-aprel ayları arasında külli miqdarda silah-sursat aşkar edilib.  Azinforum.az ”report-a istinadən xəbər verir ki, məişət tullantılarının emalı ilə məşğul olan zavodun işçiləri oradan bu müddət ərzində ümumilikdə 171 ədəd 5.45, 98 ədəd 7.62 çaplı patronlar, 2 minaaxtaran cihaz aşkar edərək götürüblər. Həmçinin zavodun işçiləri son bir gün ərzində 1 ədəd tüfəng, 2 şəxsiyyət vəsiqəsi, 3 bank kartı, 1 sürücülük vəsiqəsi və 10-a yaxın müxtəlif plastik kartlar da aşkar ediblər. Tapılan silah-sursat və digər əşyalar müvafiq akt tərtib olunandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol