Sosial şəbəkədə biz:

Bakıda məşhur həkimin evini soydular- 3000 AZN +7500 dollar oğurlandı

Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kaziminin mənzilindən oğurluq etmiş şəxslərdən biri tutulub. DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlanıb. Hadisəni törədənlərdən Astara rayon sakini Elvin Əliyev tutulub, digəri Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanan qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol