Sosial şəbəkədə biz:

Erməni deputatı Ermənistan vətəndaşlarını üsyana çağırıb

"Ermənistan vətəndaşlarının mövcud vəziyyətə qarşı üsyan etməkdən başqa yolu yoxdur".
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentindəki "İrs" fraksiyasının deputatı Zarui Postancyan noyabrın 20-də keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, ölkə vətəndaşları şəxsi həyatlarını müəyyənləşdirmək gücündə deyil: "Hakimiyyət buna imkan vermir. 2016-cı ilin dövlət büdcəsi layihəsi ölkə əhalisinin ehtiyac içində yaşayan hissəsinin minimal tələblərini belə ödəmir. Bundan yeganə çıxış yolu Ermənistanda həyatın sistemli dəyişdirliməsidir.
Ona qədər isə hakimiyyət ədalətli seçki keçirəcəyinə təminat verməlidir. Hərəkatın ümumi lideri bir nəfər olmamalıdır. Hər kəs öz yerində lider olmalıdır".


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol