Rauf Mirqədirovun məhkəməsində şahidlər ifadə verdi - Fotolar
Bu gün "Ayna Zerkalo" qəzetinin həbsdəki əməkdaşı Rauf Mirqədirovun növbəti məhkəmə prosesi keçiriləcək.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, hazırda məhkəmə binasının önündə heç kim yoxdur.
Qeyd edək ki, Rauf Mirqədirovun məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində Əlisultan Osmanovun sədrliyi ilə keçiriləcək.
Hələlik məhkəmə iclasının başlaması barədə heç bir məlumat verilmir. Prosesin şahidlərin ifadələri ilə davam edəcəyi gözlənilir.
Hazırda tanınmış jurnalist Azər Rəşidoğlu da məhkəmə binasının önünə gəlib. A. Rəşidoğlunun da bun gün ifadə verəcəyi gözlənilir.
Rauf Mirqədirovun məhkəməsində şahidlər Azər Rəşidoğlu və Fərid Qəhrəmanov ifadə verib.
Hər iki şahid ifadə verdikdən sonra jurnalistlərə bildiriblər ki, Rauf Mirqədirovun vətənə xəyanət etməsinə inanmırlar.
***
Rauf Mirqədirovun məhkəməsi dekabrın 2-i saat 10:30-a qədər təxirə salınıb. Vəkil Fuad Ağayev məhkəmə istintaqının davam etdiyini bildirib.
Vəkil qeyd edib ki, iltizam alındığına görə proses barədə danışa bilməyəcək.