Sosial şəbəkədə biz:

Prezident Mərkəzi Bank haqda qanunu dəyişdi - 500 milyon manat

25 November 2015, 12:32
Gündəm
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununa dəyişikliklər edib. “Qafqazinfo” xəbər verir ki, dəyişikliyə görə, qanuna aşağıdakı məzmunda 5.0.6-1-ci maddə əlavə edilib. “5.0.6-1. ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir;” Bundan başqa 10.2-ci maddədə “10” rəqəmləri “500” rəqəmləri ilə əvəz edilib. Qeyd edək ki, 10.2-ci maddədə Mərkəzi Bankın Nizamnamə kapitalının 10 milyon manat olması göstərilirdi. Dəyişiklik nəticəsində nizamnamə kapitalı 500 milyon manata qədər artırılıb.