Sosial şəbəkədə biz:

ABŞ hərbçilərini Türkiyə ilə sərhədə göndərdi

26 November 2015, 17:19
Gündəm
ABŞ Suriyaya 50 hərbçisini göndərib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hərbçilər hazırda Suriyanın Türkiyə ilə sərhədində yerləşən Eyn Əl Ərəb şəhərindədirlər. Onlar İŞİD-lə mübarizədə kürdləri dəstəkləyəcəklər. Qeyd edək ki, oktyabrın sonu ABŞ prezidenti Barak Obama amerikalı hərbi qulluqçuların kürd qüvvələrini İŞİD qruplaşmasına qarşı mübarizədə dəstəkləməsi üçün Suriyaya göndərilməsinə razılıq vermişdi.