Sosial şəbəkədə biz:

Ərdoğandan zəng gəlməyib - Rusiya hökuməti

27 November 2015, 11:33
Gündəm
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng etməyib. “ Azinforum.az ” AzVision.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açqılamasında Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib. Lavrov “Rusiyanın “Su 24” təyyarəsinin vurulması ilə bağlı Ərdoğan tərəfindən hər hansı zəng olunub mu?” sualına “Xeyr, zəng daxil olmayıb”-deyərək lakonik cavab verib. Qeyd edək ki, Türkiyə prezidenti R. T. Ərdoğan Putinə zəng etdiyini, lakin Putinin onun telefonuna cavab vermədiyini bildirib. “Qafqazinfo” xəbər verir ki, Rusiya-Türkiyə münasibətləri gərginləşəndən sonra sosial şəbəkələrdə maraqlı, kreativ yanaşmalar və caps-lar yayılmaqdadır. Ərdoğanın Putinə zəngi ilə bağlı hazırlanmış caps-ı təqdim edirik. Ərdoğandan zəng gəlməyib -  Rusiya hökuməti