Sosial şəbəkədə biz:

Məktəb direktorunun inəklərini oğurladılar

<span style="color: #000000;"><strong>Məktəb direktorunun inəklərini oğurladılar</strong></span> Azərbaycanda məktəb direktorunun inəkləri oğurlanıb. Musavat.com xəbər verir ki, hadisə Cəlilabad rayonunda baş verib. Rayonun Günəşli kənd 2 saylı orta məktəbinin direktoru Kəramət Həsənovun 4 baş inəyini oğurlayıblar. Oğrular məktəb direktorunun inəklərini evinin həyətindəki tövləsindən aparıblar. Gecə saatlarında baş verən oğurluqdan məktəb direktoru səhər xəbər tutub. Bir neçə gün əvvəl baş verən oğurluq hadisəsi ilə bağlı polisə məlumat verilib. Lakin hələlik inək oğrularından xəbər yoxdur. Qeyd edək ki, Cəlilabadda bu cür oğurluq hadisələri, əsasən də ilin bu mövsümündə, tez-tez baş verir. Keçən ildə bu mövsümdə rayonda 6-7 iri və xırda buynuzlu heyvanların oğurlanması hadisələri baş vermişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol