Sosial şəbəkədə biz:

Sahil Babayev tanınmış şairə yüksək vəzifə verdi – Nazir yeni rəis təyin etdi + FOTO

07 March 2019, 11:32
Gündəm

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev 9 saylı region üzrə (Lənkəran, Astara, Lerik) Dövlət Əmək Müfəttişliyinə yeni rəis təyin edib.

Azinforum.az unikal.org-a istinadən xəbər verir ki, S.Babayevin müvafiq əmri ilə 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə Etibar Babalı oğlu Vəliyev təyinat alıb.

Qeyd edək ki, E.Vəliyev Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident mükafaçısı, tanınmış şair-publisistdir. 

O, həmçinin 20 ildir 9 saylı region üzrə müfəttiş vəzifəsində çalışıb.