"Yeni Bakı" sakinlərə fırıldaq gəlib? - İDDİA
"Yeni Bakı" yaşayış
kompleksinin sakinləri "İlin Dörd Fəsli" MMC-nin onların aldığları
evlərin çıxarışlarını vermədiklərini bildiriblər.
Artıq 10 ilə yaxındır ki ev almağlarına baxmayaraq onlara vəd olunan çıxarışlar verilməyib.
Son
olaraq sakinlər "İlin Dörd Fəsli" MMC-nin sahibi Elnur Hüseynovla
görüşüblər və o bildirib ki, biz heç kimə çıxarış söz verməmişik.
Lakin
illər əvvəl "Yeni Bakı" yaşayış kompleksinin reklamı televiziyalarda
gedərkən evlərin çıxarışla təmin olunacağı bildirilib.
Təqdim etdiyimiz videoda "İlin Dörd Fəsli" MMC-nin sahibi Elnur
Hüseynovun dedikləri və reklamda deyilənlər öz əksini tapıb. (kanal15)