Yerevanda etirazçılar döyüldü, saxlanılanlar var - Video
Yerevanda Opera teatrı yaxınlığında kafelərin sökülməsinə etiraz əlaməti olaraq dünəndən etibarən kütləvi aksiya keçirilir.
Hkumətin qərarından narazı olan ticarətçilər Maştots prospektini, daha sonra Tumanyan küçəsini bağlamağa cəhd ediblər.
Əraziyə cəlb olunan polis əməkdaşları vətəndaşlara güc tətbiq ediblər, saxlanılanlar var.
Ölkədə “məxməri inqilab”dan sonra baş tutan ilk toqquşmada etirazçılar Yerevan meri Ayk Marutyanla görüş tələb edirlər.
***
“Sputnik Ermənistan” xəbər verir ki, 16 nümayişçi polis şöbəsinə gətirilib.




