Sosial şəbəkədə biz:

“Nardaran işi”nə görə həbs olunanlardan 8-i əfvə düşdü

16 March 2019, 19:52
Gündəm

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.

Qaynarinfo xəbər verir ki, əfv siyahısına Nardaranda baş verən hadisələrə görə həbs edilənlərdən 8 nəfərin adı salınıb.
Belə ki, "Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, həmçinin Zülfüqar Mikayılov, Elman Ağayev, Raiz Mirzoyev, Rasim CəbrayılovLətif Əhmədov, Ramil Əliyev, Seymur Aslanov əfv edilib.