Sosial şəbəkədə biz:

Bakıda qadının tikilinin içində yanmış meyti tapıldı

18 March 2019, 10:19
Gündəm

Bakıda qadın tikilinin içində yanıb ölüb.

Unikal.org-un FHN-ə istinadən verdiyi xəbərə görə, Yasamal rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb. 

Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.