Sosial şəbəkədə biz:

Qazaxıstana 30 il rəhbərlik edən Nazarbayev istefa verdi

19 March 2019, 19:01
Gündəm

Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət başçısı vəzifəsi səlahiyyətlərini təhvil verib.

Azinforum.az xəbər verir ki, o, bu barədə xalqa müraciətində deyib.

“Mən prezident kimi səlahiyyətlərimə son verməyə qərar verdim. Bu il bu vəzifəni tutmamdan 30 il keçir. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanı verdi” – o, xalqa müraciətində belə deyib. 

Prezident səlahiyyətləri parlamentin yuxarı palatasının sədri Qasım Jomartu Toxayevə verilib.