Sosial şəbəkədə biz:

General bayramı İrandan olan həmkarilə birlikdə qeyd edəcək

20 March 2019, 14:34
Gündəm

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Novruz bayramını İrandan olan həmkarı ilə birlikdə qeyd edəcək.

DSX-dan verilən məlumata görə, 2019-cu ilin mart ayının 20-dən 21-nə keçən gecə Azərbaycan Res­publikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətləri “Novruz” bayramını Biləsuvar istiqamətində bilavasitə dövlət sərhədində birgə qeyd edəcəklər.