Türkiyədə daun sindromlu uşaqları daşıyan avtobus aşdı
Türkiyənin İzmir şəhərində daun sindromlu uşaqları və onların valideynlərini daşıyan avtobus aşıb.
“Hürriyet” nəşri xəbər verir ki, hadisə İzmirin Çiğli rayonunda qeydə alınıb.
Qəza nəticəsində 28 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.