Sosial şəbəkədə biz:

Əhaliyə iki günlük hava xəbərdarlığı

23 March 2019, 14:20
Gündəm

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli hidrometeorologiya departamentindən verilən məlumata görə, martın 24-ü axşamdan 26-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s olacaq, 25-də isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-yə çatacaq. 

Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 6-8° isti olacaq.