Sosial şəbəkədə biz:

Ermənistanda “Rossiya” telekanalının yayımı məhdudlaşdırıla bilər

10 April 2019, 23:57
Gündəm

Ermənistan parlamentində “Rossiya” dövlət kanalının yayımının məhdudlaşdırılması müzakirə edilib.

“Report” xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın lideri olduğu “Mənim addımım” fraksiyasının deputatı Narine Tuxikyan qanunverici orqanın sədri Tiqran Akopyana Elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman üzrə daimi komissiyanın “Milli komissiyanın televiziya və radionun fəaliyyəti haqqında” hesabatını xatırladıb.

“Mən Ermənistan ərazisində bu televiziyanın yayımının məhdudlaşdırılması və ya tamamilə dayandırılması, yaxud bəzi proqramların yayımlanması məsələsi ilə maraqlanmışam”, - o bildirib.

Parlamentin sədri cavabında vurğulayıb: “Bu telekanalın yayımlanması Ermənistanın informasiya məkanı üçün müəyyən təhlükə yaradır. Bir çox ölkələr, o cümlədən Gürcüstan və Ukrayna artıq bu ideyanı reallaşdırıb”.