Sosial şəbəkədə biz:

HİLAL ƏSƏDOV VƏ NAXÇIVAN MTN-in SABİQ ŞEFİ TƏHÜLÜKƏSİZLİK ORQANLARI İLƏ VİDALAŞDILAR

<strong><span style="color: #ff0000;">HİLAL ƏSƏDOV VƏ NAXÇIVAN MTN-in SABİQ ŞEFİ TƏHÜLÜKƏSİZLİK ORQANLARI İLƏ VİDALAŞDILAR</span></strong> Milli Təhlükəsizlik Nazirliyi sistemində daha 2 yüksək vəzifəli şəxs tutduğu vəzifədən azad olunub. AZİNFORUM.AZ xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, onlardan biri Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri, general rütbəli Vəli Əsgərovdur. Digər şəxs isə, sabiq MTN şefi Eldar Mahmudov işdən qovulandan sonra haqqında dəfələrlə “işdən çıxarılıb” yazıları gedən MTN nazirinin birinci müavini, general-leytenant Hilal Əsədovdur. Onlar hər ikisi məhz bu gün tutduqları vəzifədən azad ediliblər. Yuxarıda da qeyd etdiyimiz kimi, Hilal Əsədovun işdən azad edilməsi ilə bağlı mətbuatda getmiş məlumatlar dəfələrlə təkzib olunmuşdu. Amma bu gün əldə etdiyimiz son məlumat artıq adıçəkilən şəxslərin təhlükəsizlik orqanlarından uzaqlşdığını təsdiq edir. Qeyd edək ki, prezdent İlham Əliyevin imzaladığı sonuncu sərəncamla MTN ləğv edilib, onun əsasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol