Sosial şəbəkədə biz:

"Real" tarixin ən bahalı müqaviləsini imzalayır

23 April 2019, 21:59
Gündəm

"Real" tarixin ən böyük forma sponsorluğu müqaviləsini imzalamağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə Madrid klubuna yaxınlığı ilə tanınan "Marca" qəzeti məlumat yayıb.

Bildirilir ki, "Kral Klubu" forma sponsorluğu ilə bağlı "Adidas"la anlaşıb. 12 illik müqavilə müddətində "Real" 1,6 milyard avro qazanacaq. Bundan başqa kluba satılan hər bir "Adidas" məhsulunun 20 faizi ödəniləcək.