Sosial şəbəkədə biz:

Fuad Qəhrəmanlı sənədləri imzalamaqdan imtina etdi

<strong><span style="color: #000000;">Fuad Qəhrəmanlı sənədləri imzalamaqdan imtina etdi</span></strong> AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlı özünə qarşı ittihamları saxta hesab etdiyindən müstəntiqin ona təqdim etdiyi bir sıra sənədləri imzalamaqdan imtina edib. Bu barədə “Azadlıq”a Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi müəyyən istintaq hərəkətlərinin aparılması məqsədilə vəkil Fəxrəddin Mehdiyevlə birlikdə Fuad Qəhrəmanlı ilə görüşüb. Müstəntiq aparılan istintaq hərəkətlərilə bağlı bir sıra sənədləri Fuad Qəhrəmanlıya təqdim edib. Lakin AXCP sədrinin müavini ittihamların saxta və qondarma olduğunu əsas gətirərək, həmin sənədləri imzalamaqdan imtina edib. Vəkil sözlərinə görə, təqdim olunan sənədlər arasında ekspert rəyləri də vardı. Vəkil onu da qeyd edib ki, Fuad Qəhrəmanlının ailə üzvlərilə telefonla danışmaq hüququ məhdudlaşdırılıb. Qanuna görə, təcridxanada saxlanılan dustağın həftədə iki dəfə ailə üzvlərilə danışmaq hüququ var. Lakin Fuad Qəhrəmanlının bu hüququ pozulur. Fuad Qəhrəmanlı eyni zamanda, həbsindən sonra evində axtarış zamanı götürülmüş kompüteri, həmçinin özünün şəxsi telefonundan çirkin məqsədlər üçün istifadə olunmasından narahatdır. “Fuad Qəhrəmanlının evindəki axtarış zamanı götürülmüş kompüter hələ də qaytarılmayıb. Halbuki, qaytarılmalıydı. Çünki o, ailənin birgə istifadəsi üçün olub. Fuad Qəhrəmanlının mobil telefonu da istintaq qrupunun əlindədir. Fuad Qəhrəmanlı ehtiyat edir ki, sonradan bu əşyalar vasitəsilə internetə saxta məlumatlar yerləşdirə bilərlər”, – deyə vəkil bildirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol