Sosial şəbəkədə biz:

Vergi borcu olan şou-biznes nümayəndlərinin adları açıqlandı - SIYAH:

<strong><span style="color: #000000;">Vergi borcu olan şou-biznes nümayəndlərinin adları açıqlandı -</span> <span style="color: #ff0000;">SIYAH</span></strong>: Vergilər Nazirliyi (VN) vergi borcu olan şou-biznes nümayəndlərinin və qurumlarının tam siyahısını açıqlayıb. Virtualaz.org-un nazirliyin saytına istinadən verdiyi məıumata görə, siyahıda müğənnilərin vergi borcunun məbləği açıqlanmayıb. Nazirliyin açıqladığı siyahı belədir: Şeron Qrupu MMC Qasımov Ayaz Eyvaz oğlu Hüseynov Zamiq Əsgər oğlu İsmayılova Rəqsanə İsmayıl qızı Nisanov Xəyyam Aleksandroviç Bədəlov Emil Namiq oğlu Cəlilov Yaşar Zahid oğlu Süleyman Akif Süleyman oğlu Axundov Rüfət Rafiq oğlu Əliyev Ceyhun Abdul oğlu Musayeva Sevinc Aydın qızı Məmmədov Elvin Səyyad oğlu Allahverdiyev Vüqar Zakir oğlu Cavadov Yaqub İbad oğlu Musayev İntiqam Bəhmən oğlu Qasımov Natiq Yunus oğlu Novruzlu Tural Sultan oğlu Süleymanov Murad Süleyman oğlu Bədəlov Namiq Əlihəsən oğlu Əliyev Nizami Tofiq oğlu Hüseynov Tural Məstan oğlu Qafarov Azər Mirhüseyn oğlu Rzayev Vasif Vaqif oğlu Abdulov Sənan Salman oğlu Rəcəbov Cavad Hənifə oğlu Salmanov Emin Salman oğlu Zeynalov Samir Nadir oğlu Xalıqzadə Mehman Cahangir oğlu Musayev Vüsal Sahib oğlu Dadaşov Ramin Camal oğlu Fərzaliyev Malik Şakərəm oğlu Salmanov Elşad Bəhmən oğlu Muxtarov Vaqif Fəqani oğlu Nəcəfov Vasif Yusif oğlu Dadaşov Nazim Camal oğlu Abbasov Şöhrət Duman oğlu Əliyev Elnur Elşən oğlu Cavadov Rasim Əliəsgər oğlu Bağıyev Mehman Zahid oğlu Abdullayev Rafiq Tağı oğlu Əhmədov Fariz Əziz oğlu. "Report" xatırladır ki, Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəis müavini, İqtisadi təhlil və proqnozlaşdırma idarəsinin rəisi Fərid Cəbrayıl təəssüflə qeyd etmişdi ki, bu gün şou-biznes fəaliyyəti ilə məşğul olanlar arasında vergi öhdəliklərinə əməletmə səviyyəsi arzuolunan səviyyədə deyil. "2015-ci ilin ötən 9 ayının nəticələri təhlil olunarkən bir çox tanınmış şou-biznes nümayəndələrinin faktiki olaraq əldə etdikləri gəlirlərlə rəsmi bəyan etdikləri vergi məbləğləri arasında ciddi uyğunsuzluqlar aşkar olunmuşdur", - deyə F.Cəbrayıl qeyd edib. Onun sözlərinə görə, oktyabr ayından başlayaraq, Vergilər Nazirliyi tərəfindən bu sahədə çalışan şəxslərə vergi öhdəliklərinə əməl olunmasının vacibliyi ilə bağlı xəbərdaqlıq edilib. 2942 vergi ödəyicisinə təqdim etdikləri bəyannamələrdəki uyğunsuzluqlarla bağlı bildiriş məktubları göndərilib və artıq 1000-dən yuxarı şəxsə 749,3 min manat əlavə vergi hesablanıb. "Borclu vergi ödəyiciləri vergi orqanlarına dəvət olunur, yaranmış vəziyyətin teziklə aradan qaldırılması məqsədilə onlarla müzakirələr aparılır. Təəssüf ki, müəyyən irəliləyişlər olsa da, şou-biznes nümayəndələrinin xeyli hissəsi hələ ki, gözləmə mövqeyi tutmağa üstünlük verirlər", - deyə Vergilər Nazirliyinin rəsmisi qeyd etmişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol