Sosial şəbəkədə biz:

Azərbaycanda 848 nəfər qida zəhərlənməsindən dünyasını dəyişi

<span style="color: #ff0000;"><strong>Azərbaycanda 848 nəfər qida zəhərlənməsindən dünyasını dəyişi</strong></span> Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan ərazisində 605 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 848 nəfər zərərçəkən qeydə alınıb. Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 21 botulizm hadisəsi nəticəsində 39 nəfər botulizmlə xəstələnib. Bu il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol