Sosial şəbəkədə biz:

Kənd Təsərrüfatı Nazirliyindən fermerlərə böyük jest

19 May 2019, 14:40
Gündəm

Kənd Təsərrüfatı Nazirliyi regionlarda ilk dəfə olaraq kənd təsərrüfatı texnikası yarmarkaları keçirəcək. Bu barədə Nazirlikdən verilən məlumatda deyilir.

Məlumata əsasən, mayın 20-dən iyunun 15-dək təşkil olunacaq yarmarkalar ölkənin 6 rayonunu (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) əhatə edəcək.

Nazirlik təchizatçıların təklif etdikləri texnika və avadanlıqlarla tanış olmaq, dövlət güzəştləri barədə məlumat almaq istəyən fermerləri yarmarkalara dəvət edir.