Sosial şəbəkədə biz:

Təhsil Şöbəsinin keçmiş rəhbərinin cinayət işi məhkəməyə göndərilib

20 May 2019, 22:09
Gündəm

Mənimsədə təqsirləndirilən Balakən rayon Təhsil Şöbəsinin keçmiş rəhbəri Mahir Dibirov və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, cinayət işi materialları araşdırılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşad Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 4-nə təyin edilib.

Qeyd edək ki, iş üzrə M. Dibirovdan başqa 12 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. Onlar təhsil şöbəsinə məxsus əmlakı mənimsəməkdə təqsirləndirilirlər.