Sosial şəbəkədə biz:

Vergilər Nazirliyində struktur dəyişikliyi – YENİ DEPARTAMENT YARADILDI

<strong><span style="color: #000000;">Vergilər Nazirliyində struktur dəyişikliyi <span style="color: #ff0000;">– YENİ DEPARTAMENT YARADILDI</span></span></strong> Vergilər Nazirliyində struktur dəyişikliyi olub. Nazirlikdən Azinforum.az-a verilən məlumata görə, nazirlik yanında 1 saylı Vergilər Departamenti yaradılıb. Məlumatda deyilir: «Prezident İlham Əliyevin vergi orqanları qarşısında qoyduğu mühüm vəzifələrin icrasını, vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, vergi orqanlarının daha səmərəli və şəffaf işləməsini, büdcəyə daha çox vəsait toplamasını təmin etmək məqsədilə vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun 24 dekabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb». Yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb. Yeni departamentin rəisi vəzifəsinə Zaur Fətizadə təyin edilib. Xatırladaq ki, Z.Fətizadə indiyədək Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisinin 1-ci müavini vəzifəsini tuturdu.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol