Sosial şəbəkədə biz:

Maşallah Əhmədovun işində qeyri-müəyyənlik yaranıb

25 December 2015, 15:11
Gündəm
Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun apelyasiya şikayətinə baxılıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Həsən Əhmədov sədrlik edib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Səbəb M.Əhmədovun müdafiəçisinin məhkəməyə əlavə dəlillər təqdim etməsi olub. Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M.Əhmədovun barəsində dekabrın 17-də Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. M.Əhmədovun vəkili bu qərardan şikayət verərək həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyib.