Sosial şəbəkədə biz:

Dəm qazından zəhərlənənlərin sayı azalıb

<strong><span style="color: #000000;">Dəm qazından zəhərlənənlərin sayı azalıb</span></strong> Bu il dəm qazından zəhərlənənlərin sayı ötən illə müqayisədə azalıb. Azərbaycan Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov hafta.az-a bildirib ki, bu il payız mövsümündə Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə dəm qazından zəhərlənmə ilə əlaqədar 61 nəfər müraciət edib. Bu il sentyabr ayında 4, oktyabr ayında 7, noyabr ayında isə 21, dekabr ayında isə 29 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Zəhərlənənlərin 60 faizi kişi, 35 faizi qadın, 3-5 faizi isə uşaqlar olub. A.Maqsudov deyib ki, ümumilikdə bu il dəm qazından zəhərlənənlərin sayını ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azdır. Dəm qazından zəhərlənmələrin daha çox dekabr, yanvar, fevral və mart aylarında baş verdiyini deyən A.Maqsudov insanlara ehtiyatlı olmağı tövsiyə edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol