Sosial şəbəkədə biz:

Maşallah Əhmədov həbsdə qaldı

<strong><span style="color: #000000;">Maşallah Əhmədov həbsdə qaldı</span></strong> Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun apelyasiya şikayətinə baxılıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Həsən Əhmədov sədrlik edib. Apelyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M.Əhmədovun barəsində dekabrın 17-də Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan M.Əhmədovun vəkili şikayət verərək həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol