Sosial şəbəkədə biz:

Əfv sərəncamının icrasına başlanıldı

<span style="color: #000000;"><strong>Əfv sərəncamının icrasına başlanıldı</strong></span> Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın icrasına başlanılıb. Dövlət başçısı tərəfindən məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınmaqla, humanizm prinsiplərinə əsaslanaraq imzalanan sərəncam 210 nəfərə şamil edilib. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzalarının çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 9 nəfər cəzadan azad ediliblər. Azad edilənlər arasında 3 Böyük Britaniya, 3 Nigeriya, 2 Gürcüstan, 2 Çin, hərəsindən 1 nəfər olmaqla Qazaxıstan, İran, Əfqanıstan, Suriya, Pakistan, Türkiyə, Kamerun və Kamboca vətəndaşları da var. Sərəncamın icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xətti ilə KİV nümayəndələri, hüquq müdafiəçiləri cəzaçəkmə müəssisələrində olublar.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol