Sosial şəbəkədə biz:

Balakəndə zavodda partlayış: ölən və yaralananlar var

04 January 2016, 13:40
Gündəm
Bu gün saat 10:30 radələrində Balakən şəhərində “Azəryem Sənaye MMC”yə məxsus zavodun ərazisində qazanxanada partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən yayılan məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib. Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.