Bakı Telefon Rabitəyə yeni rəhbər təyin olundu
Rabitə və yüksək Texnologiyalar Nazirliyinə məxsus Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) yeni rəhbər təyin edilib.
Nazirliyin «Aztelekom» İstehsalat Birliyinin marketinq və satış departamentinin rəisi Razi Tağıyev BTRİB-in texniki direktoru təyin olunub və birliyin direktoru vəzifələrini müvəqqəti icra etməyə başlayıb.
İndiyədək İB-nin texniki direktoru olan və quruma rəhbərlik edən Rəsul Qurbanov vəzifəsindən azad edilib. R.Qurbanov Yasamal Telefon Qovşağına baş mühəndis təyin edilib.(fins.az)